Mayın 20-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 3 nəfər 700 bal toplayıb.
I ixtisas qrupu üzrə maksimum nəticə göstərən abituriyentlərdən biri Natiq Behbudov adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin şagirdi Vasif Əsədovdur. Rekordçu gənc sevinc təəssürtlarını AzVision.az-la bölüşüb.
"Sevincimin
həddi-hüdudu yoxdur. Çox gözəl hissdir. Bütün məzunlara bu hissi
yaşamağı arzulayıram" -deyən Vasif hesab edir ki, uğur qazanmaq üçün
çalışmaq lazımdır.
"Gərək seçdiyin ixtisası sevəsən. Əgər
çalışıb, əzm, iradə göstərəcəksənsə 100 faiz nəticə əldə edəcəksən. 700
bal toplamaq bir az da şans işidir. 125 sualın hər birini bilmək olmur.
Bir sual olur ki, onda tərəddüd edirsən. Məndə fizika fənni üzrə belə
hal yaşandı. İmtahan sualları içərisində fizika fənni üzrə suallar çətin
idi, digərlərini cavablandırmaq isə asan oldu. İki il repetitor yanına
getmişəm”.
V.Əsədov təhsil aldığı orta məktəbin göstəricilərinin yüksək olduğunu bildirib. O, Bakı
Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi
ixtisasında oxumaq istədiyini, həmçinin xaricdə təhsil almağı
düşündüyünü söyləyib
"Xaricdə oxumaq çoxdanki arzumdur. Hədəfim ABŞ və Almaniyadır”.