Xəzər Xəbər

ŞAD XƏBƏR - Evlərlə bağlı sərəncam daha tez veriləcək

Cəmiyyət | 13:53 • 17 Noyabr 2017
ŞAD XƏBƏR -

"Azərbaycanda daşınmaz əmlak barədə məlumatı real vaxt rejimində əldə etmək mümkün olacaq”.

XəzərXəbər-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Mülki Məcəlləyə dəyişikliklərdə öz əksini tapıb.

Mülki Məcəlləyə 148.2-1-ci maddəsinin əlavə edilməsi təklif olunur. Yeni maddəyə əsasən, hüquq sahibinin istəyi ilə "Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlak üzərində sərəncam verildiyi hallarda çıxarışın notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsi ilə "Notariat haqqında” qanuna uyğun olaraq real vaxt rejimində əldə ediləcək.

"Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna da eyni məzmunlu dəyişikliyin edilməsi təklif edilir. Belə ki, qanunun 5.1-2-ci maddəsinə ikinci cümlənin əlavə edilməsi məqsədəuyğun sayılır. Bu maddənin yeni redaksiyasına əsasən, hüquq sahibinin istəyi ilə "Elektron hökumət” portalında yerləşdirilmiş çıxarış notarius, notariat hərəkətləri aparan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsi ilə "Notariat haqqında” qanuna uyğun olaraq real vaxt rejimində əldə ediləcək. Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti