Xəzər Xəbər

Komendant saatına qədər evinə gedib çıxa bilməyən sərnişinlər Çıxış yolu nədir?

Cəmiyyət | 15:54 • 21 Oktyabr 2020
Komendant saatına qədər evinə gedib çıxa bilməyən sərnişinlər

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, 19 oktyabr saat 00:00-dan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldıqdan sonra yenə yollardakı problemlər özünü qabarıq şəkildə biruzə verdi. Metrodan istifadə edən minlərlə sərnişinin dadına heç ekspress avtobuslar da çata bilmir. 


Yollarda yaranan sıxlıq və sərnişinlərin daşınması üçün ayrılan marşrut xətlərindəki avtobus sayının heç də insanların hamısının Respublikada elan olunmuş hərbi vəziyyət rejimi ilə əlaqədar saat 9-a kimi evinə çatmasına kifayət etmir. Bakı Nəqliyyat Agentliyi yaranan problemin aradan qaldırılması üçün əlavə 100 avtobusun pik saatlarda xətlərə qoşulacağını bildirsə də, vəziyyət dəyişmədi.


Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov yaranan poroblemlə bağlı Milli.Az-a danışıb:


"Hər şeyi səfərbər etmək lazımdır. Ölkədə müharibə gedir. Əldə nə qədər avtobus varsa hamısını yollara, küçələrə çıxarmaq lazımdır. Bir də iş yerlərində insanların işə gedib gəlmə vaxtlarını Nazirlər Kabinetinin tövsiyələrinə uyğun tənzimləsinlər. Tənzimləsinlər ki, adamlar əziyyət çəkməsinlər. Müvəqqəti çətinlikdir, dözmək lazımdır. Bu dəqiqə bütün ölkə, hamı, hər kəs səfərbər olmalıdır, adi vətəndaşdan tutmuş biznesmen və dövlət məmuruna qədər". 


Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti