Xəzər Xəbər

COVID-19 əleyhinə peyvəndin istehsal olunacağı vaxt açıqlanıb

Cəmiyyət | 16:48 • 21 May 2020
COVID-19 əleyhinə peyvəndin istehsal olunacağı vaxt açıqlanıb

Böyük Britaniyanın "AstraZeneca” əczaçılıq kompaniyası testlərin nəticələri müsbət olacağı təqdirdə Oksford Universiteti ilə birgə hazırladığı COVID-19 infeksiyası əleyhinə vaksinin kütləvi istehsalına sentyabr ayında başlamağı planlaşdırır.


Xezerxeber.az Britaniya KİV-lərinə istinadla xəbər verir ki, kompaniya azı 400 milyon vaksinin çatdırılması üzrə ilk müqaviləni imzalayıb, həmçinin milyard doza hazırlamaq üçün şərait yaradıb. "AstraZeneca” 2020-ci ilin sentyabrında ilk çatdırılmaları həyata keçirmək niyyətindədir.


"Koronavirusa qarşı vaksinin hazırlanması və istehsalı prosesinin sürətləndirilməsi üçün göstərdiyi dəstəyə görə ABŞ və Böyük Britaniya hökumətlərinə minnətdarıq. Vaksini tezliklə hazırlamaq və onu əlçatan etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə kompaniyanın rəhbəri Paskal Sorio bildirib.


ABŞ hökuməti koronavirus əleyhinə peyvənd hazırlanması üçün "AstraZeneca” kompaniyasına bir milyard dollardan çox vəsait köçürüb.


Qeyd edək ki, İngiltərədə keçirilən klinik sınaqların ilk mərhələsinin nəticələri iyunda bəlli olacaq. Uğurlu alınacağı təqdirdə sınaqlar digər ölkələrdə də davam edəcək. Plana görə sentyabr ayında 30 milyon britaniyalı, yəni birləşmiş Krallıq əhalisinin təxminən yarısı vaksin əldə edə biləcək.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti