Xəzər Xəbər

Gəncəyə giriş-çıxışa belə nəzarət edilir FOTO

Cəmiyyət | 16:06 • 30 Mart 2020
Gəncəyə giriş-çıxışa belə nəzarət edilir

Gəncədə şəhərə giriş-çıxış postlarında xidmət davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

Bununla bağlı olaraq, Gəncə şəhərinə digər şəhər və rayonlardan gələn vətəndaşlara məhdudiyyətlər tətbiq edilib. Belə ki, xüsusi karantin rejimi dövründə qurulan polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı qaydasına əsasən, Gəncə şəhərinə yalnız operativ nəqliyyat vasitələri, "Azərpoçt” MMC-yə məxsus olan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri, yük daşıyan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri, təcili tibbi zərurətlə əlaqədar şəhərə gələn şəxslər və onlarla gələn ailə üzvləri (ikinəfərdən çox olmamaqla), Gəncədə yaşayan yaxın qohumu ölmüş şəxslər və qaydada göstərilən digər tələblərə cavab verən şəxslər istisna olmaqla, vətəndaşların şəhərə girişi məhdudlaşdırılıb.

Onlara xüsusi karantin rejiminin tələbləri barədə məlumat verilərək, zərurət olmadan evdən çıxmamaq tövsiyə olunub. Şəhər ərazisini tərk etmək istəyənsakinlərə də qeyd edilən istisnalar olmadıqda Gəncədən çıxışa icazə verilməyib. Qeyd edək ki, məhdudlaşma tətbiq edilən gündən indiyə qədər ümumilikdə 2000-dən çox vətəndaşın şəhərə giriş-çıxışına icazə verilməyib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti