Xəzər Xəbər

Azərbaycanda ad günlərini dörd ildən bir qeyd edən 5082 nəfər var

Cəmiyyət | 20:05 • 27 Fevral 2020
Azərbaycanda ad günlərini dörd ildən bir qeyd edən 5082 nəfər var

İlin ən qısa ayı olan fevral 28 gündən, dörd ildən bir isə 29 gündən ibarət olur. Ədliyyə Nazirliyi bu tarixdə yaşanan müxtəlif qeyri-adi hadisələrin ictimaiyyət üçün maraqlı olduğunu nəzərə alaraq, Azərbaycanda fevralın 29-da doğulan vətəndaşlarımız barədə statistik rəqəmləri təqdim edir.


Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, hazırda Azərbaycanda bu tarixdə doğulan 5082 nəfər var. Onlardan 2505 nəfəri kişi, 2577 nəfəri isə qadındır. 18 yaşına çatmayan şəxslərin sayı 1306 nəfərdir (669 kişi, 637 qadın). Gənclərin (14 yaşdan 29 yaşadək) sayı 1111 nəfərdir (569 kişi, 542 qadın), yaşı 29-dan yuxarı olan şəxslərin sayı isə 2889 nəfərdir (1388 kişi, 1501 qadın). Onlardan 2074 nəfəri 40 yaşdan, 1199 nəfəri 50 yaşdan, 670 nəfəri 60 yaşdan, 104 nəfəri 70 yaşdan, 48 nəfəri 80 yaşdan yuxarı olanlardır.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024

Xəbər lenti