Xəzər Xəbər

Şirvan Milli Parkının ərazisində ceyran ovlanıb - saxlanılanlar var - FOTO

Cəmiyyət | 20:05 • 22 Oktyabr 2019
Şirvan Milli Parkının ərazisində ceyran ovlanıb -

Şirvan Milli Parkının ərazisinə daxil olaraq ceyran ovlayan 3 nəfər parkın mühafizə işçiləri tərəfindən saxlanılıb.


Şirvan Milli Parkının direktoru Arzu Mustafayev bildirib ki, parkın cənub hissəsində bir baş ceyranın brakonyerlər tərəfindən ovlanması ilə bağlı daxil olan operativ məlumat əsasında milli park əməkdaşlarından ibarət qruplar qanun pozucularının izinə düşüblər. Təqibdən yayınmaq məqsədilə özlərini ərazidəki cənub kollektoruna atan brakonyerlər üzərək parkın digər hissəsinə keçiblər. Onlar xidməti vəzifələrini yerinə yetirən milli parkın çevik qrupuna müqavimət göstərməyə çalışsalar da yaxalanıblar. Brakonyerlərin hər üçünün şəxsiyyəti müəyyənləşdirilib.


Araşdırma zamanı brakonyerlərin Həsənov Natiq Namik oğlu, Məhəmmədzadə İsmət Fikrət oğlu, Əsədov Rəşad Sücəddin oğlu olduğu məlum olub. Zəruri ilkin sənədləşmə işləri aparılaraq barələrində lazımi hüquqi tədbirlərin görülməsi məqsədilə brakonyerlər Salyan rayon polis şöbəsinin əməkdaşlarına təhvil veriliblər.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti