Xəzər Xəbər

Azərbaycanda təbiət möcüzəsi: İllərdir suyun üzərindəki alov sönmür

Cəmiyyət | 15:44 • 12 İyun 2019
Azərbaycanda təbiət möcüzəsi:

Əlli ildən artıqdır nə su odu söndürə bilir, nə də od suyu qurutmağı bacarır

Su odla bir araya gəlməz, tutuşmaz deyirlər. Amma təbiətin bir-birinə əks olan bu iki ünsürü çox nadir hallarda da olsa, bir araya gələ bilirmiş. Belə təbiət möcüzələrindən biri də Azərbaycanın Ağstafa rayonu ərazisində, Saloğlu kəndi yaxınlığında yerləşir. Yerin altından qazla birgə torpaq səthinə çıxaraq daim yanan bulaq əsrarəngiz görüntü yaradır.

Ağstafa-Sadıqlı avtomobil yolunun kənarında, Kür çayı sahilində yerləşən bu bulağı yerli əhali "yanar su" adlandırır. Sakinlərin sözlərinə görə, ötən əsrin 70-ci illərində bu ərazilərdə neft axtarışları aparılıb və bu məqsədlə də bəzi yerlərdə qazıntı işləri görülüb. Belə qazıntıların birində quyudan neft deyil, qazla birlikdə su çıxıb.

Saloğlu kənd sakini Yolçu Ağacanov Sputnik Azərbaycan-ın bölgə müxbirilə söhbətində bu suyun tərkibinin müalicəvi maddələrlə zəngin və içməyə yararlı olduğunu deyib.

"Bu bulaq yarandığı gündən ətraf kəndin sakinləri ondan istifadə edirlər. Əhali neçə illərdir onun xeyrini görür. Tərkibində kükürd olduğundan dəri xəstəliklərinin, yaraların sağalmasında müalicəvi rol oynayır. Eyni zamanda, mədə-bağırsaq sisteminə də çox xeyri dəyir. Həzmi yaxşılaşdırır"- deyə kənd sakini bildirib.

Rayonun Poylu qəsəbəsinin sakini Mətləb Əliyev yanan bulağın suyundan Saloğlu və Poylu qəsəbəsinin camaatı ilə yanaşı Kürətrafı kəndlər və digər yaşayış məntəqələrinin sakinlərinin də istifadə etdiyini vurğulayıb. Əliyev də bu suyun faydalarından danşıb:

"Bu su dəri xəstəlikləri və mədə-bağırsaqla yanaşı böyrəklər üçün də çox xeyirlidi. Bu sudan daim istifadə edənlərin böyrəyində heç vaxt daş olmaz. Bir də bu suyun çox gözəl çayı olur. Ona görə də yaxşı çay həvəskarları daim bu sudan aparıb istifadə edirlər".

Suyun müalicəvi tərkibi, alovla birgə axması, içmək üçün yararlı olması insanların bu bulağa olan maraqlarını artırır. Yoldan keçənlər ayaq saxlayıb, sudan içir, şəkil çəkdirirlər. Gecələr isə bulağın alovu ətrafa işıq saçaraq daha əsrarəngiz mənzərə yaradır./Sputnik Azərbaycan


Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti