Xəzər Xəbər

Yeni doğulan oğlan və qız uşaqlarına ən çox qoyulan adlar məlum olub

Cəmiyyət | 13:44 • 18 İyul 2020
 Yeni doğulan oğlan və qız uşaqlarına ən çox qoyulan adlar məlum olub

Bu ilin altı ayında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.


Xezerxeber.az Ədliyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, 2020-ci ildə doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. Bu ad altı ayda 974 uşağa verilib. Oğlan adlarında sonrakı yerləri Uğur (913), Əli (901), Hüseyn (858), Məhəmməd (591), Murad (563), Ömər (554), Raul (476), Ayxan (441) və Tunar (394) tutur.


İlin birinci yarısında qız uşaqlarına ən çox Zəhra adı verilib (952). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (746), Məryəm (707), Mələk (668), Aylin (643), Fatimə (620), Nuray (593), Nilay (533), İnci (485) və Dənizdir (449).


Son beş il ərzində də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq, Yusif və Zəhra adları verilib. Beş il ərzində 12 min 278 uşağa Yusif, 11 min 719 qız uşağına isə Zəhra adı qoyulub.


Qeyd edək ki, il ərzində yeni doğulan uşaqlara verilən adlarla bağlı məlumat Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər sırasında "Azərbaycan adları barədə məlumat” bölməsində yerləşdirilib. Vətəndaşlar bu elektron xidmətdən istifadə edərək yeni doğulmuş uşaqlara ad verərkən həmin adın mənası, onunla bağlı statistik məlumat əldə edə bilərlər. Ədliyyə Nazirliyinin elektron xidmətlərindən qurumun rəsmi internet saytı (www.exidmet.justice.gov.az) və ya "Elektron hökumət” portalı vasitəsilə yararlanmaq mümkündür.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti