Xəzər Xəbər

“Eurovision-2019” müsabiqəsini 180 milyondan çox tamaşaçı izləyib

Şou Biznes | 15:11 • 29 May 2019
“Eurovision-2019” müsabiqəsini 180 milyondan çox tamaşaçı izləyib

İsrailin Təl-Əviv şəhərində keçirilən beynəlxalq "Eurovision-2019” müsabiqəsini bütün dünyada 182 milyon tamaşaçı izləyib.


Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat Avropa Yayım İttifaqının saytında yerləşdirilib.


"Televiziya izləyicilərinin 36,7 faizi müsabiqənin mayın 18-də keçirilən final mərhələsinin yayımını izləyib ki, bu da ötən illə müqayisədə 1 faiz çoxdur”, - deyə məlumatda bildirilir.


Tədqiqat "Eurodata TV” və "YouTube” analitikasının tərəfdaş məlumatları hesaba alınmaqla EBC kompaniyası tərəfindən aparılıb.


Xatırladaq ki, Niderland müğənnisi Dunkan Lourens "Arcade” mahnısı ilə "Eurovision-2019” müsabiqəsinin qalibi olub. O, final mərhələsində 498 bal qazanıb. Televiziya tamaşaçıları və peşəkar jüri arasında keçirilən səsvermələrin nəticələrinə əsasən, yarışmada ikinci yeri İtaliya təmsilçisi Mahmood (472 bal), üçüncü yeri isə rusiyalı müğənni Sergey Lazarev (370 bal) tutub.

Xəbər lenti