Yeddi ayda ölkədən 9 min 796 ton bitki və heyvan mənşəli piy və yağ ixrac olunub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Qeyd edilən dövrdə ixrac edilən piy və yağların dəyəri 10 milyon 220 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə Azərbaycandan 8 milyon 715 min dollar dəyərində 9 min 369 ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib.