Dekabrın 4-də FIFA Şurasının iclasında Dieqo Maradonanın xatirəsi yad ediləcək.
"Xezerxeber.az" FIFA-nın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, onlayn keçiriləcək toplantıdan əvvəl bir dəqiqəlik sükut olacaq.
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib.