Xəzər Xəbər

Çempionlar Liqası: "Barselona", yoxsa "Bavariya"?

İdman | 10:39 • 14 Avqust 2020
Çempionlar Liqası:

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.


Yarımfinala 3-cü vəsiqə uğrunda İspaniya "Barselona”sı ilə Almaniya "Bavariya"sı üz-üzə gələcəklər.


Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu da Luş" stadionunda baş tutacaq qarşılaşmanı Sloveniya Futbol Federasiyasından Damir Skomina idarə edəcək.


Kataloniya təmsilçisinin heyətində Samuel Umtiti, Jan-Kler Todibo və Dani Morer zədəli olduqları üçün vacib görüşü buraxacaqlar. Münhen klubunda isə Benjamen Pavar eyni səbəbdən komandasına kömək edə bilməyəcək.


Bu cütün qalibi yarımfinalda "Mançester Siti" (İngiltərə) – "Lion" (Fransa) duelinin güclüsü ilə qarşılaşacaq.


Qeyd edək ki, Çempionlar Liqasında 2 yarımfinalçı artıq məlumdur. İtaliya "Atalanta"sını mübarizədən kənarlaşdıran PSJ (Fransa) və "Atletiko"ya (İspaniya) qalib gələn Almaniya təmsilçisi "Leyptsiq" adlarını növbəti mərhələyə yazdırmağı bacarıblar. Bu komandalar finala vəsiqə uğrunda görüşdə bir-biri ilə qarşılaşacaqlar.


13 avqust


Çempionlar Liqası, 1/4 final


23:00. "Braselona” (İspaniya) – "Bavariya” (Almaniya)

Baş hakim: Damir Skomina

Portuqaliya, Lissabon. "Eştadiu da Luş” stadionu

Xəbər lenti