Xəzər Xəbər

Jurnalistlər Qazaxın azad edilmiş kəndlərində olublar VİDEO

Veb TV | 20:02 • 28 May 2024
Jurnalistlər Qazaxın azad edilmiş kəndlərində olublar

Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı ilə Qazax rayonunun işğaldan azad edilmiş kəndlərinə mediatur təşkil olunub.

Xezerxeber.az xəbər verir ki, mediatur zamanı media nümayəndələrinə təhlükəsizlik qaydaları izah olunub, ərazilərdən tapılan minalar nümayiş etdirilib.

Media nümayəndələri azad olunmuş kəndlərdə erməni vandallığının bariz nümunələri olan dağıdılmış binalara baş çəkib, eləcə də xidmətə başlayan sərhəd döyüş məntəqələrinin fəaliyyəti ilə tanış olublar.

Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla  Qazaxın 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması təmin edilib. Həmin kəndlərin əraziləri Azərbaycanın Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Qırmızı diplom nə işə yarayır?
Qırmızı diplom nə işə yarayır? VİDEO
21:24 • 8 Fevral 2025
USAID-in çirkin oyunları ifşa edilir
USAID-in çirkin oyunları ifşa edilir VİDEO
21:05 • 8 Fevral 2025
Dələduzluğun yeni növü yayılır
Dələduzluğun yeni növü yayılır XƏBƏRDARLIQ/VİDEO
20:47 • 8 Fevral 2025
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? AÇIQLAMA/VİDEO
20:12 • 8 Fevral 2025
Bakıda restoranın fəaliyyəti dayandırılıb
Bakıda restoranın fəaliyyəti dayandırılıb VİDEO
12:53 • 8 Fevral 2025
Azərbaycandan Ukraynaya YARDIM
Azərbaycandan Ukraynaya YARDIM VİDEO
22:00 • 7 Fevral 2025

Xəbər lenti

Hacıqabulda zəlzələ olub
19:06 • 8 Fevral 2025