Xəzər Xəbər

Yol qəzalarında üç nəfər həyatını itirib VİDEO

Veb TV | 20:23 • 29 May 2024
Yol qəzalarında üç nəfər həyatını itirib

Qubada idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb. Nəticədə sürücü dünyasını  dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, Quba-Xaçmaz yolunun 10-cu kilometrliyində rayon sakini İlham Dadaşov sürdüyü avtomobillə idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. İlham Dadaşov aldığı xəsarətlərdən Quba Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

İmişlidə də qəza ölümlə nəticələnib. Səhər saatlarında İmişli şəhəri Pənah Həsənov və Qara Qarayev küçələrinin kəsişməsində minik maşını ilə motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü Samir Məmmədov hadisə yerində ölüb.

Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsindən "Qurtuluş 93" yaşayış massivi istiqamətində hərəkətdə olan 525 saylı xətt üzrə "Daevo" markalı marşrut avtobus isə piyadanı vurub. İzmail Rmazanovun idarə etdiyi avtobusun altında qalan qadın ağır xəsarətlərlə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Ölən qadının 1966-cı il təvəllüdlü Reyhan İmanova olduğu müəyyən edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Zooparka giriş bahalaşıb
Zooparka giriş bahalaşıb VİDEO
21:17 • 19 İyul 2024
Yol qəzaları 4 nəfərin həyatına son qoydu
Yol qəzaları 4 nəfərin həyatına son qoydu VİDEO
20:29 • 19 İyul 2024
İşğaldan azad olunan ərazilərdə YANĞIN
İşğaldan azad olunan ərazilərdə YANĞIN VİDEO
15:22 • 19 İyul 2024
FHN-nin əməliyyat
FHN-nin əməliyyat görüntüləri
11:50 • 19 İyul 2024

Xəbər lenti

Çox oxunanlar