Xəzər Xəbər

Sıfırdan qurulan Cəbrayılda mənzillər nə vaxt təhvil veriləcək? – REPORTAJ VİDEO

Veb TV | 20:10 • 24 Aprel 2024
Sıfırdan qurulan Cəbrayılda mənzillər nə vaxt təhvil veriləcək? – REPORTAJ

31 ildir vətən arzusu ilə yaşayan cəbrayil sakinlərinə sevindirici xəbər…

Xezerxeber.az xəbər verir ki, hazırda şəhərdə ümumilikdə 712 mənzili olan 33 bina inşa edilir.

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən şəhərdə tikilən Cəbrayıl Yaşayış Kompleksinin ümumi sahəsi 7,87 hektar təşkil edir.

Bu binalarda ümumilikdə 712 mənzil olacaq. 1, 2, 3 və 4 otaqlı mənzillərin sahəsi minimum 45, maksimum 120 kvadratmetr təşkil edəcək.

Mənzillər tam təmirli olmaqla, mətbəx mebeli, qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. Bütün binalar liftlə, mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə və məişət üçün isti su ilə təmin olunacaq.

Yaşayış binaları ilə yanaşı ərazidə məktəb və xəstəxana da inşa edilir. Burada istirahət guşələri, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək.

Yaşayış kompleksində inşa olunan binaların 28-də hazırda dam, fasad və kosmetik işlər yerinə yetirilir. Qalan 5 binada isə tikinti-quraşdırma işləri həyata keçirilir. 6 kvartaldan ibarət Kompleksin inşasının tezliklə yekunlaşacağı, bu il şəhərə sakinlərin köçürüləcəyi bildirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti