Xəzər Xəbər

Benzinin tərkibindən su çıxır VİDEO

Veb TV | 22:00 • 3 Aprel 2024
Benzinin tərkibindən su çıxır

Bakıda fəaliyyət göstərən bəzi yanacaqdoldurma məntəqələrində benzinin tərkibinə su qatıldığı iddia olunur.

Xezerxeber.az-ın məlumatına görə, bunu avtomobillərdə yanacaq sistemlərinin təmiri ilə məşğul olan Pərviz İsmayılov deyir.

Bildirir ki, təmirə götürdüyü avtomobilin çənindəki yanacağın tərkibində əlavə qatqını gördükdən sonra bunun su olduğunu anlayıb. 

Yanacağın tərkibində su olması sürücüləri xeyli ziyana salıb. Pərviz usta deyir ki, təmirə gətirilən avtomobillər arasında bu problemdən zərər görənlər az deyil. Sürücülərin avtomobildən şikayətləri fərqli olsa da, problemin əsas səbəbi yanacağın tərkibindəki su olub.

Ustanın sözlərinə görə, yanacaq çəninin dibinə toplanan su avtomobilin yanacaq sistemini 2-3 gün ərzində sıradan çıxarır.

Pərviz İsmayılov qeyd edib ki, yanacaq çəninin dibində toplanan mayeni yanacaq qatqıları ilə səhv salanlar da olur. Lakin sözügedən qatqılar yanacağın tərkibinə qarışdığı üçün çəndə su kimi toplanmır. 

Pərviz usta sürücüləri diqqətli olmağa çağırıb. Qeyd edib ki, yanacaqdoldurma məntəqəsindən çıxdıqdan sonra avtomobildə şübhə yaradan hər hansı problem hiss edilərsə, əsas detalların sıradan çıxmaması üçün mütləq ustaya yaxınlaşsınlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar