Xəzər Xəbər

Şagirdlər arasında mübahisə bıçaqlanma ilə nəticələndi VİDEO

Veb TV | 21:28 • 3 Aprel 2024
Şagirdlər arasında mübahisə bıçaqlanma ilə nəticələndi

Goranboyda şagirdlər arasında mübahisə bıçaqlanma ilə yekunlaşıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhərində yerləşən məktəbdə baş verib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məlumatında bildirilib ki, orta məktəbdə şagirdlər bir-birinə xəsarət yetirib. Hadisə zamanı 17 yaşlı məktəbli xəsarət alıb və xəstəxanaya çatdırlıb.

Baş vermiş hadisə ilə bağlı təhsil ocağından hər hansı əlavə məlumat verilməyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan isə bildirilib ki, hadisəni törədən şəxs məktəblinin sinif yoldaşı olub.

Hazırda məsələ polisin nəzarətindədir və araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024