Xəzər Xəbər

Qızıl sürətlə bahalaşır - Səbəb nədir? VİDEO

Veb TV | 19:47 • 3 Aprel 2024
Qızıl sürətlə bahalaşır - Səbəb nədir?

Qızılın qiyməti bahalaşmaqda davam edir. 

Xezerxeber.az-ın məlumatına görə, bir neçə həftə öncə bahalaşan qızılın qiyməti yenidən artaraq rekord həddə çatıb.

Ay ərzində qızılın qiyməti 10 %-dən çox artıb. Son üç gündə isə öz tarixi maksimumunu yeniləyib.

Satıcıların sözlərinə görə, İtaliya, Türkiyə, Rusiya və digər  ölkələrdən gətirilən qızılların hamısında bahalaşma müşahidə edilir.

Ekspertlər deyirlər ki, qızılın qiymətinin artmasının  səbəblərindən biri də banklar və investorlar tərəfindən bu məhsula marağın artmasıdır.

Qeyd edək ki, qızılın qiyməti tarixi maksimumunu yeniləyərək, 1 troy unsiyası üçün 2,3 min dolları ötüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024