Xəzər Xəbər

Bakıda itlərin hücumuna məruz qalan 10 yaşlı uşağın vəziyyəti ağırdır VİDEO

Veb TV | 22:00 • 4 Mart 2024
Bakıda itlərin hücumuna məruz qalan 10 yaşlı uşağın vəziyyəti ağırdır

Bakıda sahibsiz itlər azyaşlıya ağır xəsarət yetirib. 

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün paytaxtın Qaradağ rayonunda, "Qobu Park 3" yaşayış kompleksinin yaxınlığında baş verib.

Sahibsiz itlər ərazidə yaşayan 10 yaşlı Amar Şahbazova xəsarət yetirib.

Azyşalının anası Fatma Şahbazova bildirib ki, həmin vaxt orada 3 uşaq olub. Onlardan ikisi hadisə yerindən uzaqlaşa bilsə də, Amar yıxılıb və itlərin hücumuna məruz qalıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Amar dərhal əməliyyat olunub və reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Sakinlər deyirlər ki, həyətdə sahibsiz itlər çoxdur. Əvvəllər də bu cür xoşagəlməz hadisələr baş verib. Amma ərazidə heç bir təhlükəsizlik tədbiri görülməyib.

10 yaşlı Amarın vəziyyəti ağır olaraq qalır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti