Xəzər Xəbər

İpoteka kreditlərinin məbləği mənzil bazarındakı qiymətlərlə uyğunlaşmır VİDEO

Veb TV | 20:06 • 4 Mart 2024
İpoteka kreditlərinin məbləği mənzil bazarındakı qiymətlərlə uyğunlaşmır

Bakıda bina evlərinin qiyməti durmadan artır. Xüsusilə birinci, ikinci və üçüncü zonalarda 2-3 otaqlı köhnə bina evlərinin qiyməti əsasən 150-200 min manata, yeni binalarda isə bundan daha baha təklif edilir. Bu isə mərkəz və ona yaxın ərazilərdəki evlərin güzəştli ipoteka krediti ilə alışını çətinləşdirir. Çünkü mövcud qaydalara əsasən, 4%-lik güzəştli ipoteka kreditlərinin maksimum məbləği 100 min manat, 8%-lik adi ipoteka kreditlərində isə bu rəqəm 150 min manatdır. Başqa sözlə, xüsusilə dövlət hesabına maliyələşən güzəştli ipoteka kredit üçün nəzərdə tutulan maksimum 100 min manatla Bakıda 2-3 otaqlı bina evi almaq müşkül məsələdir.

Xezerxeber.az-ın məlumatına görə, mövzuya münasibət bildirən millət vəkili Vüqar Bayramov təklif edir ki, həm güzəştli, həm də adi ipoteka kreditlərinin maksimum məbləği əmlak bazarındakı qiymət artımı ilə uyğunlaşdırılsın. Deputat bununla bağlı konkret addımların atılacağını bildirib.

Vüqar Bayramov qeyd etdi ki, bu təkliflər həm Milli Məclisə, həm də aidiyəti dövlət qurumlarına rəsmi olaraq təqdim ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar