Xəzər Xəbər

Abşeronda mənzildə partlayış baş verib, xəsarət alan var VİDEO

Veb TV | 20:38 • 25 Fevral 2024
Abşeronda mənzildə partlayış baş verib, xəsarət alan var

Abşeronda mənzildə yanğınla müşahidə olunan partlayış baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Saray qəsəbəsində çoxmərtəbəli binada yerləşən mənzillərdən birində olub.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hadisə zamanı mənzildə olan şəxs - 24 yaşlı Fidan Həsənzadə xəsarət alıb. O, Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024