Xəzər Xəbər

“Ana harayı” abidəsinin yerləşdiyi parkda hazırlıq işləri yekunlaşıb VİDEO

Veb TV | 19:50 • 25 Fevral 2024
“Ana harayı” abidəsinin yerləşdiyi parkda hazırlıq işləri yekunlaşıb

Bakının Xətai rayonunda "Ana fəryadı" abidəsinin yerləşdiyi parkda Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşır. Parkda son abadlıq və təmizlik işləri görülür.

Xezerxeber.az-ın məlumatına görə, Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, Xocalı prospektində, həmin ərazidə yerləşən "Ana harayı" abidə-kompleksinin və park xiyabanda abadlıq işləri aparılıb. Anım günü ilə bağlı bir sıra hazırlıq işləri görülüb.

Qeyd edək ki, Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar sabah bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Odur ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti