Xəzər Xəbər

Uşaqlara coğrafi adlar qoyulur VİDEO

Veb TV | 21:30 • 21 Fevral 2024
Uşaqlara coğrafi adlar qoyulur

Ötən il Azərbaycanda uşaqlara qoyulan coğrafi adlar açıqlanıb. 

Xezerxeber.az xəbər verir ki, ötən il 764 uşağa Mədinə, 263-nə Sofiya, 23-nə Afina, 16-na Təbriz, 14-nə Riyad, 7-nə Qafqaz, 5-nə Tehran, 3-nə Ural, 2-nə Yəmən, daha 2-nə isə Tovuz adları verilib.

Bundan əlavə, Venera, Lənkəran, Milan, Roma, Oman, Marsel adlarının da hər biri bir nəfərə qoyulub.

Ötən il, həmçinin 263 uşağa Günəş adı verilib.

Təbiət hadisələrinə uyğun adlara gəlincə, 465 uşağa Yağmur, 124-nə Rüzgar, 9-na Bulud, 7-nə Tufan, 5-nə Dolunay, 1-nə isə Duman adları qoyulub.

Qeyd edək ki, 2023-cü ildə oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zəhra adı verilib.

Sosioloq Əhməd Qəşəmoğlu uşaqlara bu cür adların qoyulmasının əsas səbəbinin məlumatsızlıq olduğunu bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024