Xəzər Xəbər

Gündəmi zəbt edən qızın açıqlaması cəmiyyəti hiddətləndirib - Onu hansı cəza gözləyir? VİDEO

Veb TV | 19:50 • 21 Fevral 2024
Gündəmi zəbt edən qızın açıqlaması cəmiyyəti hiddətləndirib - Onu hansı cəza gözləyir?

İki gündür ki, bir neçə yeniyetmənin bir qıza qarşı etdikləri zorakılıq, təhqir görüntüləri cəmiyyətdə müzakirə edilir. Amma bunu edən qız deyir ki, “vecimə deyil”. Əməkdaşlarımız onların evində olub, hadisə ilə bağlı son durumu araşdırmağa çalışıblar.

Xezerxeber.az-ın məlumatına görə, səbəbkarın "vecimə deyil" paylaşımı bir çoxlarını təəccübləndirib.

Görünür, yeniyetmə məsələnin nə qədər ciddi olduğunun fərqinə varmır. Halbuki bu əməli törədən və görüntüyə alanlar həbs edilə bilərlər.

Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı son vəziyyət açıqlanıb.

Qeyd edilib ki, məsələ nəzarətə götürülüb, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. İş üzrə ekspertiza təyin olunub, istintaq davam edir. Araşdırmaların nəticəsinə uyğun müvafiq tədbirlər görüləcək.

İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bəs həmin yeniyetmə qızı hansı cəza gözləyir?

Hüquqşünas Şamil Paşayev bu suala cavab verib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar