Xəzər Xəbər

Fransa müasir tarixinin ən rəzil günlərini yaşayır VİDEO

"Makron öz siyasəti ilə Avropanın mərkəzində diktatura toxumları səpir"
Veb TV | 20:07 • 6 Dekabr 2023
Fransa müasir tarixinin ən rəzil günlərini yaşayır

Dünyaya “demokratiya” dərsi keçməyə çalışan Fransa özünü növbəti dəfə rəzil duruma saldı. AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam olunmuş əmkdaşı Aygün Həsənovanın oradan deportasiya olunması bu dövlətin əslində pərdələnmiş simasını üzə çıxarır.

Siyasi şərhçi Azər Həsrət deyib ki, Fransa heç bir əsas olmadan azərbaycanlı jurnalisti Yeni Kaledoniyadan çıxarmaqla özünü ifşa etdi. Çünki Fransa hər zaman dünyada media azadlığı məsələlərinə həssas yanaşdığını deyən ölkələrdən biridir.

Azər Həsrət qeyd edib ki, jurnalistin deportasiya olunarkən kobudluğa məruz qalması da Fransanın media dəyərlərini heçə saydığını göstərir. Müstəmləkə siyasəti yürüdən Fransa hakimiyyəti həqiqətlərin üzə çıxacağından qorxduğu üçün belə addımlar atır.

Siyasi şərhçi bildirib ki, Fransa müasir tarixində ən rəzil günlərini yaşayır. Ümumiyyətlə, bu dövlətin hansısa demokratiya, insan haqları məsələlərindən danışmağa haqqı yoxdur. Emanuel Makron öz siyasəti ilə Avropanın mərkəzində diktatura toxumları səpir.

Siyasi şərhçi əlavə edib ki, mətbuat, jurnalist azadlığından danışan Fransadakı Sərhədsiz Reportyorlar Təşkilatı jurnailstin Yeni Kaledoniyadan deportasiya olunması məsələsinə münasibət bildirməli, ağzına su alıb oturmamalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024