Xəzər Xəbər

Bakıdakı sığınacaqda qızılcaya kütləvi yoluxma qeydə alınıb VİDEO

Veb TV | 19:52 • 6 Dekabr 2023
Bakıdakı sığınacaqda qızılcaya kütləvi yoluxma qeydə alınıb

Sığınacaqda qalan 40-a yaxın uşaq qızılcaya yoluxub.

Xezerxeber.az-ın məlumatına görə, kütləvi yoluxma Bakıda, Uşaqlar Birliyinin sığınacağında qeydə alınıb.

Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, 3 həftəyə yaxındır ki, sığınacaqda olan uşaqlarda qızılca xəstəliyinin əlamətləri müşahidə edilir. Ayrı-ayrı vaxtlarda bu xəstəliyə yoluxan uşaqlar paytaxtdakı müxtəlif xəstəxanalara yerləşdiriliblər.

Kəmalə Ağazadə bildirib ki, yoluxanların əksəriyyəti 5 yaşadək olan körpələrdir və uşaqların çoxu peyvənd olunmayıb. Qızılca aşkarlanan uşaqların əksəriyyəti 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında müalicə alır. Onlardan dünən gecə və bu gün səhər xəstəxanaya yerləşdirlən uşaqların vəziyyəti orta-ağır, 14 yaşlı bir qızın vəziyyəti isə ağırdır.

1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının həkim - infeksionisti Sevda Məmmədova isə bildirib ki, tibb müəssisəsinə sığınacaqdan ümumilikdə 18 uşaq gətirilib. Onlardan 8-i artıq evə buraxılıb.

Sevda Məmmədova onu da əlavə edib ki, hazırda 1 saylı  Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasında ümumulikdə 125 uşaq qızılcaya qarşı müalicə alır. Peyvənd olunmayan uşaqlar xəstəliyi daha ağır keçirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024