Xəzər Xəbər

Gömrük limiti endirilə bilər? VİDEO

Veb TV | 20:07 • 1 Dekabr 2023
Gömrük limiti endirilə bilər?

Son günlər sosial şəbəkələrdə xaricdən gətirilən malların gömrük limitinin 300 dollardan 150 dollara endiriləcəyi ilə bağlı paylaşımlar edilir. Yayılan bu xəbərlər nə dərəcədə həqiqətə uyğundur?

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan ekspert Nicat Manafov hesab edir ki, gömrük limitinin 300 dollardan aşağı salınması reallaşsa belə, heç bir nəticə verməyəcək.

Onun sözlərinə görə, yerli sahibkarla internet üzərindən alış -  veriş edənlər arasındakı balansı qorumaq üçün müxtəlif yollar var. O təklif edir ki, ya sahibkarlara da eyni qaydada güzəştlər tətbiq olunmalı, ya da vətəndaşlar da vergi verməlidir.

İqtisadçı Xalid Kərimli isə deyib ki, limitin endirilməsi ilə bağlı gəzən söhbətlər şayiədir.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən bildirildi ki, vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydaları Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir və hazırda bu qərarda hər hansı dəyişiklik yoxdur.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Qırmızı diplom nə işə yarayır?
Qırmızı diplom nə işə yarayır? VİDEO
21:24 • 8 Fevral 2025
USAID-in çirkin oyunları ifşa edilir
USAID-in çirkin oyunları ifşa edilir VİDEO
21:05 • 8 Fevral 2025
Dələduzluğun yeni növü yayılır
Dələduzluğun yeni növü yayılır XƏBƏRDARLIQ/VİDEO
20:47 • 8 Fevral 2025
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? AÇIQLAMA/VİDEO
20:12 • 8 Fevral 2025
Bakıda restoranın fəaliyyəti dayandırılıb
Bakıda restoranın fəaliyyəti dayandırılıb VİDEO
12:53 • 8 Fevral 2025
Azərbaycandan Ukraynaya YARDIM
Azərbaycandan Ukraynaya YARDIM VİDEO
22:00 • 7 Fevral 2025

Xəbər lenti

Hacıqabulda zəlzələ olub
19:06 • 8 Fevral 2025