Xəzər Xəbər

Qərbi azərbaycanlıların deportasiyası ilə bağlı konkret SƏNƏDLƏR VAR VİDEO

Veb TV | 23:00 • 25 Sentyabr 2023
Qərbi azərbaycanlıların deportasiyası ilə bağlı konkret SƏNƏDLƏR VAR

Sonuncu deportasiya zamanı Ermənistan ərazisində  soydaşlarımıza qarşı törədilmiş cinayətlərlə  bağlı əlimizdə konkret sənədlər və şahid ifadələri var. 

Xezerxeber.az xəbər verir ki, bunu Qərbi Azə rbaycan İcmasının sədri Əziz Ələkbə rli parlamentin Hüquq siyasəti və  dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə  keçirilən "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda ictimai dinləmə zamanı deyib. Onun sözlərinə görə, deportasiyalar zamanı Ermənistan tərəfindən fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard dollar həcmində maddi ziyan vurulub.

İcma sədri bütün bunlarla bağlı Baş Prokurorluq səviyyəsində iş aparıldığını qeyd edib. Baş Prokurorun müavini Elmar Camalov isə Qərbi Azərbaycandan didərgin düşmüş şəxslərin müəyyən edilərək dindirilmələri ilə bağlı zəruri istintaq hərəkətlərinin davam etdirildiyini deyib.

Elmar Camalov bildirib ki, bu dövr ərzində  Bakı şəhəri və  ölkənin digər regionları üzrə deportasiya və soyqırımı qurbanlarından 2500 nəfər müəyyən edilərək dindirilib, arxiv sənədlərinə baxış keçirilərək çap edilməklə cinayət işinə əlavə  edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar