Xəzər Xəbər

Qazax Polisindən uğurlu NARKOTİK ƏMƏLİYYATI VİDEO

Veb TV | 22:15 • 25 Sentyabr 2023
Qazax Polisindən uğurlu NARKOTİK ƏMƏLİYYATI

Qazax polisi narko-kuryerlik edən şəxsi ələ keçirib.

Xezerxeber.az xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində  İrandan qeyri-qanuni yolla Qazax rayon ərazisinə  gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narko-kuryer saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakini Cəlal Əzizov Qazaxa gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni nağd pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb.

Şübhəli  şəxsdən 1 kq 11 qram heroin, 855 qram qurudulmuş marixuana, 15 ədəd metadon hərbi aşkar olunaraq götürülüb. 

Bərdə də əməliyyat keçirilib. Polis əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə  narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini Teymur Əkbərov saxlanılıb. Onun əlində olan sellofan torbaya baxış zamanı 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024