Xəzər Xəbər

Biz minasız dünya istəyirik!... BMT-yə MÜRACİƏT VİDEO

Veb TV | 23:32 • 19 Sentyabr 2023
Biz minasız dünya istəyirik!... BMT-yə MÜRACİƏT

"İşğaldan azad edilmiş ərazilərdə bu günə kimi 95 minə yaxın mina və digər partlayıcı qurğular aşkar edilərək zərərsizləşdirilib. Bu, 100 mindən çox insanın ölümdən xilası deməkdir.

Xezerxeber.az xəbər verir ki, bu fikirlər Mina terroru ilə bağlı BMT-yə müraciətin mətnində vurğulanıb.

Mina qurbanları, onların ailə üzvləri və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin  BMT-yə birgə müraciətini "Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyinin sədri, qazi Rey Kərimoğlu səsləndirib.

Qeyd olunub ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr siyahısındadır. Bu günə kimi 3393 nəfər azərbaycanlı mina partlayışının qurbanı olub. Onların 357 nəfəri uşaq, 38 nəfəri qadındır.

Vurğulanıb ki, hələ də Ermənistanın göstərişi ilə Qarabağdakı hərbi xunta rejimi, onun diversiya qrupları Azərbaycan ərazilərinə minalar basdırır. Son sutka ərzində artıq 6 nəfər mina terrorunun qurbanı olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024