Xəzər Xəbər

Son mina partlayışı Beynəlxalq səviyyədə Ermənistanın terror aktı kimi qiymətləndirilməlidir VİDEO

Veb TV | 23:15 • 19 Sentyabr 2023
Son mina partlayışı Beynəlxalq səviyyədə Ermənistanın terror aktı kimi qiymətləndirilməlidir

"Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolundakı mina partlayışı beynəlxalq müstəvidə ermənistanın azərbaycan ərazisində törətdiiyi terror aktı kimi qiymətləndirilməlidir".

Bunu "Xəzər Xəbər"ə açıqlamasında Beynəlxalq Münasibətlərin təhlili mərkəzinin şöbə müdiri Cavid Vəliyev deyib.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Ermənistan tərəfi siyasi hədəflərinə çatmaq üçün Qarabağa ölüm toxumları səpir. Dünyada heç bir dövləti öz suveren ərazisində belə hadisələrin törədilməsini qəbul edə bilməz.

Cavid Vəliyev bildirib ki minaların işlək vəziyyətdə olan yola basdırılması açıq şəkildə mülki əhalini hədəfə almağa hesablanıb. Məqsəd qarabağda aparılan bərpa-quruculuq işlərinə mane olmaq və məcburi köçkünlərin həmin yerlərə qayıdışına əngəl törətməkdir. Şöbə müdiri qeyd edib ki, qarabağda təhdid mənbəyi olan qeyri-qanuni silahlı birləşmələr bölgəni tərk etmək əvəzinə daim öz mövqeyini gücləndirirdi.

O, əlavə edib ki, Azərbaycan Ermənistanın mina terroru və digər qanunsuz hərəkətlərinin qarşısını almaq üçün vəziyyətə müdaxilə etmək məcburiyyətində qaldı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024