Xəzər Xəbər

Bölgələrdə AĞIR QƏZALAR... ÖLƏNLƏR VAR... VİDEO

Veb TV | 22:30 • 17 Sentyabr 2023
Bölgələrdə AĞIR QƏZALAR... ÖLƏNLƏR VAR...

Ağır yol nəqliyyat hadisəsi olub, nəticədə iki nəfər hadisə yerindəcə keçinib.

Xezerxeber.az xəbər verir ki, dəhşətli qəza Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verib. Tovuz rayon sakini, 26 yaşlı  Rza Rzayevin  idarə etdiyi minik avtomobili  yol kənarında dayanan  yük maşınina cirpilib. Nəticədə sürücü və avtomobildə olan sərnişin Tovuz sakini,  36 yaşli Amir  Məmmədov hadisə yerində ölüblər.

Hadisə yerinə xilasedicilər cəlb olunub. Xüsusi avadanlığın köməyi ilə avtomobildə sıxılıb qalan meyitlər çıxarılaraq idiyyəti üzrə təhvil verilib. 

Eyni kənd ərazisində daha bir qəza hadisəsi olub. Motosikletin dəmir arakəsməyə çırpılması nəticəsində  sürücü ölüb. Xəsarət alan sərnişin Ağdam rayon sakini, 23 yaşlı  Orxan Kərimov isə qapalı kəllə-beyin travması diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar