Xəzər Xəbər

Azərbaycan təklifini növbəti dəfə qəbul etdirdi... VİDEO

Veb TV | 22:00 • 17 Sentyabr 2023
Azərbaycan təklifini növbəti dəfə qəbul etdirdi...

Xəbər verdiyimiz kimi, bundan sonra Ağdam-Xankəndi yolunu işlək vəziyyətdə görə biləcəyik.

Politoloq Zaur Məmmədov bildirib ki, qondarma rejim öz havadarlarına güvənərək prosesi uzatsa da, Azərbaycan bu məsələdə də milli maraqları üstün tutaraq qarşı tərəf üçün çıxış yolu qoymadı.

O, qeyd edib ki Azərbaycan dövləti bir daha göstərdi ki heç bir təzyiq onu öz yolundan çəkindirə bilməz. Çünki Qarabağ məsələsində diqtə edən tərəf məhz Azərbaycandır. Bu mövzuda ölkə rəhbərliyi güzəştsiz davranır. Politoloqun sözlərinə görə qarşıdakı günlərdə qarabağın dağlıq hissəsində qalan ermənistama məxsus hərbi texnikaların laçın yolu vasitəsi ilə çıxarılmasının da şahidi ola bilərik.

Blokada deyib Azərbaycanı tənqid edən, separatçıların vasitəsi ilə regionda öz maraqlarını təmin etməyə çalışan ABŞ, Fransa kimi dövlətlər də mövcud vəziyyəti yaxından izləyirlər. separatçılarla yanaşı onların da oyun meydanı kiçilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti