Xəzər Xəbər

MM-də Ermənistanın tikdiyi zavod hərbi TƏHLÜKƏ adlandırıldı... VİDEO

Veb TV | 20:45 • 9 İyun 2023
MM-də Ermənistanın tikdiyi zavod hərbi TƏHLÜKƏ adlandırıldı...

Ermənistanın Naxçıvanla sərhəddə tikdiyi zavod təkcə ekoloji deyil, hərbi təhlükəyə də səbəb ola bilər.

Xezerxeber.az xəbər verir ki, bunu millət vəkili Elşad Mirbəşiroğlu parlamentin növbədənkənar sessiyasının plenar iclasında çıxışı zamanı deyib.

"Banklar haqqında" Qanun layihəsinə  dəyişiklikliyin müzakirəsi zamanı deputat Siyavuş Novruzov Bank faizlərinin yuxarı olmasından danışıb. Eləcə də valyutadəyişmə məntəqələrinin azlığına diqqət çəkib.

Qənirə Paşayeva isə deyib ki, "Reproduktiv sağlamlıq haqqında" qanunun qəbul ehtiyac var.

Plenar iclasda "Təhsil haqqında" qanuna dəyişiklik qəbul edilib. Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir.

Bundan başqa bağça müəllimləri də sertifikatlaşdırmadan keçəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar