Xəzər Xəbər

Dövlət imtahanı LƏĞV edilir... VİDEO

Veb TV | 20:20 • 9 İyun 2023
Dövlət imtahanı LƏĞV edilir...

Dövlət imtahanı ləğv edilir. Artıq növbəti tədris ilində tələbələrin 70 faizi dövlət imtahanı verməyəcək.

Xezerxeber.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, 2023-2024-cü tədris ilində bir qrup ixtisaslar üzrə təhsil alan tələbələr dövlət imtahanından azad olacaqlar.

Yaqub Piriyev bildirib ki, orta ixtisas təhsilini bu il bitirənlərin 50, növbəti tədris ilindən isə 100 faizi dövlət imtahanı verməyəcək.

Bu il üçün tibb ixtisası üzrə təhsil alacaq tələbələr üçün yerlərin sayı da açıqlanıb. Aparat rəhbəri bildirib ki, bu il tibb ixtisaslarını seçən tələbələrin 90 faizindən çoxu dövlət hesabına təhsil alacaqlar.

Ali məktəblərə ödənişsiz qəbul 2 dəfədən çox artıb. Son 5 il ərzində dövlət sifarişinə qəbul 118,7 faiz çoxdur. Yaqub Piriyev bildirib ki, bu ildən AMEA-nın insitutlarına magistratura üzrə qəbul aparılmayacaq.

Elmi təşkilat və elmi institutların magistraturalarına qəbulun aparılmaması plan yerlərinin azalmasına gətirib çıxarmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti