Xəzər Xəbər

Qəzadan sonra suya düşdüyü ehtimal edilən şəxsin axtarışları davam etdirilir VİDEO

Veb TV | 11:45 • 29 May 2023
Qəzadan sonra suya düşdüyü ehtimal edilən şəxsin axtarışları davam etdirilir

Ötən gün Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Kolanı kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun axtarışları davam etdirilir.

Xezerxeber.az FHN-ə istinadən xəbər verir ki, axtarışlar Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir.

Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti