Xəzər Xəbər

Suyun qiyməti artırılacaqmı? CAVAB VİDEO

Veb TV | 21:38 • 26 May 2023
Suyun qiyməti artırılacaqmı? CAVAB

Sudan qanunsuz istafadə edənlərə güzəşt olunmayacaq.

Xezerxeber.az Dövlət Su ehtiyatları agentliyinin sədrinin əmri ilə Paytaxtın rayon və qəsəbələrində, Sumqayıt şəhəri və Abşeron rayonunda sudan qanunsuz istifadənin qarşısını almaq məqsədi ilə xüsusi qruplar yaradılıb.

“Azərsu” ASC-nin Elektron İdarəetmə və Müasir Texnologiyalar Departamentinin rəis müavini Cabbar Cabbarlı bildirib ki, Qanunsuz qoşulma halları daha çox Abşeron, Suraxanı, Sabunçu rayonlarında qeydə alınıb. Monitorinqlər zamanı 340 ünvanda qüsurlar və qanunsuzluq aşkarlanıb.

Qurumun mətbuat katibi Anar Cəbrayıllı isə deyib ki, istifadədə olan sayğacların 150 mindən çoxu istismar müddətini başa vurub.

Mətbuat konfransında bildirilib ki yaxın vaxtlarda ölkədə suyun qiymətinin bahalaşcağı gözlənilmir. Tez-tez qəzaların baş verdiyi Kür-Bakı magistral su kəmərinə də diqqət çəkilib. Vurğulanıb ki, kəmərin qəzalı olan 76 km-lik hissəsi bu ilin sonundan dəyişdirilməyə başlanılacaq.

Qeyd edilib ki, Xəzər suyunun şirinləşdirilməsi üçün zavod Ələt qəsəbəsində tikiləcək. Həmin su da magistral kəmərlə Bakıya gətiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı hazırlanmış geniş videomaterialı təqdim edir:

 

Xəbər lenti