Xəzər Xəbər

Sel 2 nəfəri apardı...regionda həyatı iflic etdi... VİDEO

Veb TV | 21:26 • 26 May 2023
Sel 2 nəfəri apardı...regionda həyatı iflic etdi...

Leysan yağış, ardından da güclü sel kənddə həyatı bir neçə saatlıq iflic etdi. Göygölün Topalhasanlı kəndində Kommunikasiya xətlərinin qırılması nəticəsində yol bağlanıb, selin yuyub apardığı bir neçə avtomobil yararsız hala düşüb.

Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 69 yaşlı  Muxtar Hüseynov və 22 yaşlı İbrahim Qurbanovun meyitləri Gəncədə tapılıb.

Göygöl rayon FHK tərəfindən selin fəsadlarının aradan qaldırlması istiqamətində axşam saatlarından başlayan tədbirlər sutka ərzində davam etdirilib, dəymiş zərərin miqdarının hesablanmasına başlanıb.

Gəncəyə axşam satlarında yağan güclü yağış bir sıra fəsadlar törədib. Şəhərə ərazisindən keçən kanalın yağış suları nəticəsində daşması fərdi evlər və məhəllə arası yollara ziyan vurub.

Sel kanalın məcrası üzərində yerləşən  park  ərazisindəki  süni göl daşıb, ətrafdakı iaşə obyektlərinə ziyan dəyib.

Xezerxeber.az mövzu ilə bağlı hazırlanmış geniş videomaterialı təqdim edir:

 

Xəbər lenti