Xəzər Xəbər

Əlində qamçı tutaraq şagirdi vuran "müəllim" ölkədə səs-küy yaradıb VİDEO

Veb TV | 20:35 • 20 May 2023
Əlində qamçı tutaraq şagirdi vuran "müəllim" ölkədə səs-küy yaradıb

Sumqayıtda müəllimin uşaqları qamçı ilə döyməsi sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.

Xezerxeber.az xəbər verir ki, hadisə Sumqayıtda Tədris mərkəzlərindən birində, elə hadisənin yaşandığı sinifdə digər şagirdlər tərəfində qeydə alınıb.

Görüntülərdə Elşad Qurbanov adlı riyaziyyat müəllimi sinif otağında dərs dediyi şagirdi qamçılayır.

“Bütün bu olanları isə şagirdlərdən biri telefonla çəkib.”

Tədris mərkəzinin müdir əvəzi Amaliya Əliyeva bildirib ki ,görüntülər eyni mərkəzdə qeydə alınsa da müəllim həmin mərkəzin işçisi deyil sadəcə onların icarədarı olub.

Qeyd edək ki, "Elşad Qurbanov adlı müəllim artıq Sumqayıt şəhər Polis İdarəsinə dəvət olunub.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

 

Xəbər lenti

Çox oxunanlar