Xəzər Xəbər

Bakıda quldurluq hadisəsi anbaan kameralara düşüb VİDEO

Veb TV | 18:20 • 20 May 2023
Bakıda quldurluq hadisəsi anbaan kameralara düşüb

Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Xezerxeber.az bu barədə DİN-ə istinadən məlumat verib. 

Naməlum şəxs Q.Qarayev, 61 ünvanında zərərçəkənə qarşı zor tətbiq edərək onun pulunu və digər qiymətli əşyalarını ələ keçirib.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində quldurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elsevər Məmmədov saxlanılıb. Onun barəsində toplanan materiallar Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Elsevər Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Nizami Rayon Polis İdarəsinə, 25-ci Polis Şöbəsinə, “102” Xidməti-Zəng Mərkəzinə və ya nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Xəbər lenti