Xəzər Xəbər

Sülhməramlılar Qarabağda ermənilərin hesabına “qaz vurub-qazan doldurur” VİDEO

Veb TV | 20:31 • 31 Mart 2023
Sülhməramlılar Qarabağda ermənilərin hesabına “qaz vurub-qazan doldurur”

Qarabağda yaşayan ermənilərlə Rusiya Sülhməramlıları arasında daha bir gərginlik yaşanmaqdadır.

Xezerxeber.az xəbər verir ki, bu barədə erməni qəzeti Hraparak yazır.  

Xəbərin başlığı belədir: “Blokada nə qədər uzun olarsa Rusiya sülhməramlılarının iştahı da o qədər artar”.

Nəşr yazır ki, sülhməramlılar Qarabağ ermənilərinin hesabına ciblərini doldurur.

Yazıda “sühməramlılar Ermənistan hökumətini aldadır və müqavilələri pozur” kimi yanaşmalar yer almaqdadır.

Hraparak yazır ki, 10 nəqliyyat vasitəsinin daşınması ilə bağlı razılaşmalar var, amma bunlardan 8-i daşınır. Belə çıxır ki, 2 maşın sülhməramlıların öz gəliri üçün istifadə edilir.

Qəzet əvvəl də belə bir məlumat paylaşmışdı. O vaxt Rusiya sülhməramlılarının hərbi maşınlar və hətta Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə qaçaqmalçılıqla məşğul olduğu yazılmışdı.

Qeyd üçün bildirək ki, bazarın nə demək olduğu hamımız üçün bəllidir. Adı üstündədir. Burada satan razı alan narazı ola bilər və ya əksinə.

Ancaq bu bazar alverçiləri bilməlidir ki, Azərbaycan bu özbaşınalığa göz yummayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Un bahalaşdı VİDEO
19:34 • 21 May 2024