Dərman vasitələrinin ölkəyə gətirilməsi sadələşdirilərək, bürokratik əngəllər aradan qaldırılacaq.
Xezerxeber.az məlumat verir ki, bundan sonra dərmanların ucuzlaşmasını da görmək mümkün olacaq. Belə ki, Baş nazir Əli Əsədovun tapşırığı ilə dərman vasitələri ilə bağlı müvafiq qurumlar tərəfindən layihə hazırlanır.
"Dərman vasitələri haqqında" qanuna təklif edilən dəyişiklər bu gün Milli Məclisin Səhiyyə komitəsi tərəfindən qəbul olunaraq plenar iclasın birinci oxunuşuna tövsiyyə edilib.
Qeyd olunub ki, ölkədə ən vacib olan dərmanları tapmaq qeyri-mümkündür. Tapılmayan dərmanların yaratdığı əngəl və fəsadların da aradan qaldırılması istiqamətində isə Azərbaycanda eyni zamanda dərman vasitələrinin istehsalına da başlanılacaq.
Millət vəkili Müşviq Məmmədli bildirib ki, insanların sağlamlığını tək idxala bağlamaq da düzgün deyil.
Bunun üçün Ələt Azad İqtisadi Zonasında bir neçə dərman istehsalı müəssisələrinin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Türkiyədən, İsraildən və başqa ölkələrdən şirkətlər də burada fəaliyyət göstərəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: