Xəzər Xəbər

Azərbaycanda yeni idarəetmə modeli yaradılır VİDEO

Veb TV | 21:00 • 29 Mart 2023
Azərbaycanda yeni idarəetmə modeli yaradılır

İşğaldan azad edilən ərazilərdə olduğu kimi digər rayon və şəhərlərdə də yeni idarəetmə modeli tətbiq ediləcək.

Xezerxeber.az xəbər verir ki, dünən ölkə başçısı Laçın rayonuna təyin etdiyi xüsusi nümayəndəsini qəbul edərkən bununla bağlı yenidən mesaj verdi. 

Politoloq Zaur Məmmədov deyir ki, idarəetmədə yeni yanaşma regionların sosial iqtisadi həyatının daha da inkişaf etməsinə, quruculuq işlərinin aktivləşməisnə gətirib çıxaracaq. Bu model faktiki olaraq uğurlu hesab edilir. Onun sözlərinə görə, yeni idarəetmə modeli ilə əlaqədər bəzi qanunvericilik aktlarına düzəlişlər edilə bilər. Politoloq deyir ki, Azərbaycan xüsusilə son 5 ildir ki, regional idarəetmə üsuluna ciddi önəm verir və bu istiqamətdə mühim addımlar atılıb

Politoloq əlavə edib ki, yeni idarəetmə üsulu bir-birini təkrar edən yerli icra orqanlarında dəyişikliklərin həyata keçirilməsinə gətirib çıxaracaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti