Xəzər Xəbər

Oqtay Əliyev dəfn edilib VİDEO

Veb TV | 20:14 • 23 Mart 2023
Oqtay Əliyev dəfn edilib

Ötən gün yol qəzasında dünyasını dəyişmiş Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev bu gün son mənzilə yola salınıb. Onunla vida mərasimi Yasamal rayonundakı mənzilində baş tutub.

Xezerxeber.az-ın məlumatına görə, mərasimdə incəsənət xadimləri, sənət dostları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sənət dostları Oqtay Əliyevin Azərbaycan televizya məkanı üçün zəngin şəxsiyyətlərdən biri olduğunu bildiriblər. Onun bir çox layihələrin ərsəyə gəlməsində əvəzolunmaz xidmətlərinin olduğu vurğulanıb.

Vida mərasimindən sonra Oqtay Əliyev son mənzilə yola salınıb. Əməkdar mədəniyyət işçisi “Qurd qapısı” qəbristanlığında dəfn olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti