Xəzər Xəbər

Ermənilər Laçında sərhəd-keçid məntəqəsinin yaradılmasına mane ola bilməyəcək VİDEO

Veb TV | 15:28 • 23 Mart 2023
Ermənilər Laçında sərhəd-keçid məntəqəsinin yaradılmasına mane ola bilməyəcək

Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də ərazilərimizdə olması ciddi narahatlıq doğurur.

Xezerxeber.az məlumat verir ki, hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, son vaxtlar Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri tərəfindən mövqelərimizin intensiv şəkildə atəşə tutması halları artıb.

Hərbi eskpert Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsinə də diqqət çəkib. 

Ədalət Verdiyev əmindir ki, Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasına heç bir  kənar  qüvvə  mane ola bilməyəcək.

Xezerxeber.az "Xəzər Xəbər"in hazırladığı videomaterialı təqdim edir

Xəbər lenti