Xəzər Xəbər

"Xəzər Xəbər" Oqtay Əliyevin həlak olduğu yol qəzasının təfərrüatlarını çatdırır VİDEO

Veb TV | 21:45 • 22 Mart 2023
"Xəzər Xəbər" Oqtay Əliyevin həlak olduğu yol qəzasının təfərrüatlarını çatdırır

Xəbər verdiyimiz kimi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib.  Hadisə Abşeron rayonu, Saray qəsəbəsində qeydə alınıb. Oqtay Əliyevin idarə etdiyi "Lexus" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza zamanı Oqtay Əliyev həyatını itirib. Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə xəsarət alıblar.

Hadisə ilə bağlı "Xəzər Xəbər"in Sumqayıtdakı əməkdaşı Nizami Rəsulov ən son məlumatları çatdırır:

 

Xəbər lenti