Xəzər Xəbər

Üç nəfər qətlə yetirildi VİDEO

Biri məmur, biri müəllim və digəri isə ustadır
Veb TV | 15,901 | 20:30 • 19 Fevral 2023
Üç nəfər qətlə yetirildi

Qadın evdə qətlə yetirilib. Dəhşətli hadisə Abşeronda  Xırdalan şəhərndəki  fərdi yaşayış evlərinin birində baş verib.

Xezerxeber.az-ın məlumatına görə, 49 yaşlı Mehriban Hüseynzadənın xüsusi amansızlıqla öldürülməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla cinayət əməlini qadının oğlu 25 yaşlı Orxan Hüseynzadə tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. Onun anasına çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürdüyü bildirilir. Polis əməkdaşları tərəfindən Orxan Hüseynzadə tutularaq istintaqa təhvil verilib. Hadisə baş verən an Orxanın atası işdə, yeganə bacısının isə Bakıda olduğu bildirilir. Məlumat üçün bildirək ki, oğlu tərəfindən qətlə yetirilən Mehriban Hüseynzadə Abşeron rayonu, Mehdiabad qəsəbəsində məktəblərin birində müəllim işləyirmiş.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bu gün səhər saatlarında  isə   Tərtər rayon sakinləri 42 yaşlı Gülnar Məmmədova və 31 yaşlı  Namiq Allahverdiyev öldürülüb.

Rayon prokurorluğu və  polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə öldürüldüyü məlum olub.

Hadisəni törətməkdə şübhəli bilinən Asəf Məmmədov tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.

Qeyd edək ki, əri tərəfindən öldürülən Gülnar Məmmədova Tərtər Rayon İcra Hakimiyyətinin İqtisadiyyat şöbəsində baş məsləhətçi vəzifəsində çalışırmış.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti