Xəzər Xəbər

Azərbaycandan Türkiyəyə qardaş yardımı: 27 maşın yola salınıb, daha 20-si göndəriləcək VİDEO

Ərazidə insan izdiham yaşanır
Veb TV | 15:19 • 8 Fevral 2023
Azərbaycandan Türkiyəyə qardaş yardımı: 27 maşın yola salınıb, daha 20-si göndəriləcək

Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşları Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərərçəkənlərə humanitar yardım toplamağa başlayıblar.

Xezerxeber.az-ın məlumatına görə, vətəndaşlarımız zəlzələdən zərərçəkənlərə əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, corab və digər isti geyimlər, həmçinin çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, təmizlik alətləri, elektrik qızdırıcı və digər lazımi əşyalar göndərirlər.

Artıq ötən gün yardımla dolu 27 yük maşını Türkiyəyə yola düşüb. Bu gün isə daha 20 yük maşınının yola salınacağı gözlənilir.

"Xəzər Xəbər"in əməkdaşları yardımların qəbul olunduğu Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində olub, ərazidən son məlumatları çatdırıblar. 

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti