Xəzər Xəbər

Kişi arvadını öldürdükdən sonra intihara cəhd edib - Ağcabədidə VİDEO

Veb TV | 19:48 • 16 Yanvar 2023
Kişi arvadını öldürdükdən sonra intihara cəhd edib - Ağcabədidə

Ağcabədidə 67 yaşli qadın  kəsici-deşici alətlə öldürülüb.

Xezerxeber.az-ın məlumatına görə, Ağcabədi rayonunda 67 yaşlı Güldəstə Mehdiyevanın öldürülməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı  70 yaşlı  Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.

Məlumata görə, arvadını qətlə yetirməkdə şübhəli bilinən 70 yaşlı Əliyar Mehdiyev intihara cəhd edib. Hadisəyə ailədaxili münaqişənin səbəb olduğu bildirilib.

Əliyar Mehdiyevin səhhəti yaxşılaşdıqdan sonra onun təqsirləndirilən şəxs qismində məhkəməyə çıxarılacağı bildirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti